Edumedia şirkətinin ən son layihəsi olan Mars Academy 5-15 yaşlı uşaqlar üçün STEAM (Science, Technology, Engineering, Art and Math) üzrə təhsil proqramları təklif edir. Mars Academy olaraq biz 4 istiqamətdə – Robotiks, Proqramlaşdırma, Mühəndislik və Art – gələcəyin peşəkarları üçün ən qabaqcıl texnologiyalardan istifadə etməklə yüksək keyfiyyətli məşğələlər keçiririk. Məqsədimiz təhsili əyləncəli etmək, uşaqlara müxtəlif məktəb dərslərində öyrəndikləri mövzular arasında əlaqə qurmaq və bu bilikləri tətbiq etməyi öyrətmək, bununla da, gələcəyin texnologiyalar dünyasında uğur qazanmalarına kömək etməkdir. Bu məqsədlə Azərbaycanda rəsmi nümayəndəsi olduğumuz Lego Education, Piper, Arduino, 3Doodler və bir sıra digər texnoloji təhsil həlləri təklif edən şirkətlərinin məhsullarından istifadə edirik.
Müasir təhsil müəssisəsi – eyni zamanda, həm yüksək səviyyəli informasiyalaşdırma, həm də internet-texnologiyaların daxili biznes-proseslərə və tədris prosesinə nüfuzu deməkdir. Bu gün şagirdlərin əksəriyyəti İnternet və onun müasir xidmətlərinin irəliləmiş istifadəçiləridir. Müasir zamanda, bütün bu imkanları tədris prosesinə tətbiq etmək və şagirdləri təhsil və yaradıcılıq üçün adi və rahat bir mühit təmin etmək mümkündür.
Bir çox təhsil müəssisələri təşkil etmənin daxili effektivliyinə də diqqət yetirirlər: informasiya mübadiləsi və axtarışına, sənədlərin və iş proseslərinin avtomatlaşdırılmış dövriyyəsinə və s. sərf edilən xərclərin azaldılması. Əməkdaşlar üçün portal həllər problemlərin əksəriyyətini həll edə və böyük nəticələrə nail ola bilər!
Promethean interaktiv lövhələri dəsrlərinizi daha canlı və əyləncəli keçməkdə sizə kömək edəcək. ActivBoard interaktiv lövhələri Promethean şirkətinin tədrisyönümlü proqram təminatı ilə işləyir və şagirdlərin diqqətini cəlb etmək və istənilən sinifdə rəqəmsal avadanlığın köməyilə keçdiyiniz dərslərə interaktiv imkanlar əlavə etmək üçün nəzərdə tutulur. Bütün siniflər bir-birindən fərqlənir, buna görə də, bir neçə konfiqurasiyalı ActivBoard interaktiv lövhələri mövcuddur və onları konkret tələblərə uyğunlaşdırmaq mümkündür. Lövhələr üçün olan tətbiqi proqramda aşağıdakı avadanlıqlar təklif edilə bilər:
- Sorğu və test sistemi ActivExpression
- Sorğu və test sistemi ActiVote
- Simsiz planşet ActivSlate
- Sənəd-kamera ActiView 324
- (Divar dinamikləri olan) akustik sistem ActivSound 200
Bu, təbiət elmləri üzrə dərslər bazasıdır (fizika, kimya, biologiya, riyaziyyat). Bir dərs mövzu ilə tanışlıq, təcrübələrin keçirilməsi, biliklərin qiymətləndirilməsi, keçilmiş dərslərin nəticəsi kimi aspektləri əhatə edir. Resurs animasiyalar, laboratoriyalar, müxtəlif formatlı tapşırıqlar, testlər və bu kimi interaktiv materiallarla zəngindir. Müəllim üçün olan versiyada geniş spektrdə müxtəlif alətlərdən istifadə edərək dərsi öz planlarına uyğun redaktə etmək, qeydlər etmək və mühüm elementləri seçmək imkanı vardır.
Edumedia-Azərbaycan ana dilimizdə yaratdığı video dərslər şagirdlərə buraxılmış və ya zəif mənimsənilmiş dərs materialını yaxşı ev şəraitində yenidən izləmək imkanı yaradır. Dərslər şagirdin diqqətini tədris prosesinə cəlb edən animasiyalar, qiymətləndirmə sistemi və əlavə video materialla zənginləşdirilmişdir.
Bu, xarici dillərin öyrənilməsi, sinxron və ardıcıl tərcümə bacarıqlarına yiyələnmək üçün həllər spektri olmaqla yanaşı, həm də tədris prosesinin təşkili üçün avadanlıq və proqram təminatıdır. Linqafon kabineti – sadə, effektiv və çoxməqsədli linqafon dərs otağı olub, şagirdlərin dil bacarıqlarını inkişaf etdirmək üçün praktik və rahat vasitələr təklif edir. İstifadəsi asan olan rəqəmsal səsyazma qurğuları – audio panelləri və müəllim kompüterləri ilə bu kabinet geniş spektrdə analoji və rəqəmsal audio mənbələrdən istifadə etməyə və effektiv tapşırıqlarla zəngin maraqlı dərslər keçməyə imkan verən sərfəli qiyməti olan linqafon avadanlıqları əldə etmək istəyən məktəblər üçün tam uyğun bir təklifdir. Bizim imkanlarımız sinifləri eyni zamanda həm linqafon kabineti yaratmaq üçün zəruri olan proqram təminatı ilə, həm də avadanlıqların özü ilə təchiz etməyə yol verir.
Fizika, kimya və biologiya fənləri üzrə mobil təbiət elmləri laboratoriyasıdır. Bu qurğular “tam görünüşlü laboratoriya (ovuc içində laboratoriya)” mənasını verir. Məlum olduğu kimi, dünya miqyasında ənənəvi tədris metodu oyunlarla tədrisdir – yəni, tədris prosesinin şərti situasiyalarla keçirilən forması olub, onun bilik, bacarıq, qabiliyyət, emosional-qiymətləndirmə fəaliyyəti kimi aspektlərində ictimai təcrübənin təkrar yaradılması və mənimsənilməsinə yönəldilmişdir. Laboratoriya şəraiti müəllimin öz dərsini oyun şəklində qurmasına kömək edir. Laboratoriyalar həm sadə təcrübələrin, məsələn: havanın, suyun, bədənin temperaturu ilə bağlı təcrübələrin keçirilməsinə; məsafənin, tezliyin və rütubətin ölçülməsinə, həm də GPS-koordinatların ölçülməsinə və hərəkət trayektoriyasının Google xəritəsinə daxil edilməsinə imkan verən müxtəlif növ sensorlar və displeylərlə təchiz olunmuşdur.
Tədris materialının müasir təqdimatı şagirdlərin psixoloji xüsusiyyətləri nəzərə alınaraq qurulmuşdur. Materiala multimediya obyektləri, interaktiv tapşırıqlar əlavə olunmuşdur. Bunlara obrazlı düşüncə, yaddaş daxildir və beyində parlaq bir assosiasiya cərgəsi yaratmağa kömək edir. Elektron multimediya dərslikləri tədris materialının dərk olunma sürətini və yadda saxlanma səviyyəsini artırmağa imkan verir.
Xüsusi proqram təminatı, rahat interaktiv masa və qrafik tərtibatlı tədris materialların (tapşırıqları əks etdirən kartlar, cədvəllər, pazllar, bloklar, iş dəftərləri) bir arada birləşməsi. Həllin prioritet tapşrıqılarına ümum təhsil hazırlığı, didaktik materiallarla iş bacarıqlarının artırılması, həllərin müxtəlif variantlarından istifadə etmək bacarığı, habelə, kollektivdə düzgün koordinasiya edilmiş iş bacarığı daxildir.
Tədris həlli böyük sensor düymələri olan U-şəkilli xüsusi masadan (xüsusi olaraq, əlil arabalarında əyləşən şagidlər üçün), müsbət və cəlbedici tədris mühiti təmin edən unikal proqram təminatı, avadanlıq və didaktik materiallardan ibarətdir. Bu sistem uşaqlara intellektual bacarıqlarını inkişaf etdirmək, habelə, sosial və koqnitiv yönümlü tapşırıqları həll etmək imkanı yaradır.
Bu məhsulun istehsalında robot texnikası sahəsindəki yeni texnologiyalardan istifadə olunmuşdur. Oyuncaqların mühərrikləri, əlavə sensorları və rəngli ekranları vardır. Robotlar onlarla ilk dəfə rastlaşanların hamısını heyrətə gətirir, axı onlar özlərini əsl canlılar kimi aparırlar. Onlara toxunduqda və səs eşitdikdə reaksiya verir, əşyanın temperaturunu və məsafəni müəyyən edə bilirlər. Siz əl çaldıqda, onlar yaxına gəlməyi, yaxınlıqdakı əşyanı qaldırmağı və işıq və qaranlığı ayırd etməyi bacarırlar. Adama elə gəlir ki, bütün bunlar kifayət qədər çətindir, amma təcrübə göstərir ki, istifadəçi səviyyəsində kompüter bacarıqlarına malik olan hər bir uşaq heç bir problem olmadan konstruktoru proqramlaşdıra və öz şəxsi robotunu yarada bilər. Qeyd edək ki, oyuncaqlara əmrləri yalnız kompüterdən deyil, həmçinin, Bluetooth proqramını dəstəkləyən istənilən mobil telefondan daxil etmək mümkündür.
Daim konfranslar keçirən və keçirilən tədbirlər barədə məlumatları toplamaqla yanaşı, həm də yaddaşda saxlamaq istəyən təşkilatlar üçün bu, xüsusilə aktual bir təklifdir. Bununla belə, həm konfrans təşkilatçıları, həm də iştirakçıları qarşılıqlı əlaqə qura və məlumat mübadiləsi apara bilərlər. Saytda siz öz konfranslarınıza dair bütün məlumatları yerləşdirə bilərsiniz: proqram, məruzəçilər barədə məlumatlar, iştirak şərtləri, onlayn-yayımlara keçid-linklər və digər faydalı materiallar. Bundan başqa, konfrans iştirakçıları məruzələri, təşkilatı forumda müzakirə edə, veb-formalar vasitəsilə əks rəy və gələcəklə bağlı istək və arzularını göndərə, saytdan materialların arxivini (video, məruzələrin təqdimatı) yükləyə bilərlər.
LMS, yəni Learning Management System – Tədris İdarəetmə Sistemidir. Şəhər, rayon, vilayət və ya respublika miqyasında vahid tədris-informasiya məkanının yaradılması məqsədilə işlənib hazırlanır. Tərtibatın prioritet xüsusiyyəti istifadəçilərə rahat, dostcasına, müasir, istifadəsi asan, genişləndirilə bilən və dəyişən tələblərə uyğunlaşa bilən yüksək informativlik və aktuallıq səviyyəsinə malik bir Sistemin təqdim olunmasıdır.
VEB-həllərİn İşlənİb-hazırlanması
Dövlət təşkilatı, hakimiyyət orqanı və yerli özünü-idarəetmə orqanı üçün rəsmi sayt və daxili informasiya resursu (intranet-portal) yaratmaq üçün həllər paketi. Geniş funksional, adaptasiya olunmuş struktur, yüksək səviyyədə təhlükəsizlik.
Korporativ portal – şirkətin daxili və zahiri kommunikasiyaları; tapşırıq və layihələrin idarə edilməsi; sənədlərlə birgə iş; iş vaxtının planlaşdırılması və hesablanması; CRM –müştəri və satışlar; şirkətin biznes-proseslərinin avtomatlaşdırılması; 1С, Microsoft, Google, Apple ilə inteqrasiya; təhlükəsizlik və etibarlılıq.
Bizim internet-dükan – ağır yüklənmələrə davamlı və etibarlı sistem olub, yüksək təhlükəsizlik standartlarına cavab verir. Biz ticarət platforması növünün seçilməsindən başlayaraq internet-dükanın şəbəkəyə tam daxil edilməsi və irəliləməsinə kimi sizi tam müşayiət edirik. Uyğunlaşdırılmış tərtibat, reklam aksiyalarının, endirimlərin, kuponların keçirilməsi üçün alətlər, malların çeşidinin hazırlanması, saytın surətlərinin avtomatik olaraq buludda yaddaşa salınması – bunlar bizim həllin sadəcə bir neçə üstünlüyüdür.
Tərtİbat və sİstem İnteqrasİyası
Elektron informasiya terminalı və həssas məlumat köşkləri inzibati müəssisələrdə, muzey və sərgilərdə, mehmanxana və ticarət zallarında, habelə, vağzal və hava limanlarında tətbiq olunur. Onlar sadə və idarə olunması rahatdır, eyni zamanda, istənilən məlumatı və ya xidməti cəld və növbə gözləmədən əldə etməyə imkan verir.
Virtual tur və ya 3D-panoram statik ikiölçülü adi şəkillərdən canımızı qurtarmaqla yanaşı, sanki mövcudluq illüziyası yaratmağa imkan verir. Aerofotoçəkiliş - ərazinin quş uçuşu hündürlüyündən nümayiş etdirilməsi üçün əvəzolunmaz alətdir. Bu, mehmanxana kompleksləri, dağ-xizək kurortları, daşınmaz əmlak obyektləri, açıq hava muzeyləri, istehsalat birlikləri, lanşaft parkları və s. üçün xüsusi aktuallığa malikdir.
CRM müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi imkanlarını əks etdirir:
- kontaktların idarə edilməsi;
- müştərilərlə qarşılıqlı əlaqələrin idarə edilməsi;
- bağlanmış və potensial müqavilələrin idarə edilməsi.
CRM müxtəlif hesabatların hazırlanması, kontaktların idxalı/ixracı, seçilmiş auditoriyanın təhlili və seqmentasiyası üçün alətləri əks etdirir.
Vakansİyalar
Biz hər zaman istedadlı məzun və peşəkar şəxslərin axtarışındayıq. Biz insan kapitalına sərmayə edirik və əminik ki, işçilərimiz bizim ən böyük sərvətimizdir. Dinamik, davamlı və ruhlandırıcı kollektivin üzvü olmaq istəyirsinizsə o zaman müraciətinizi hr@edumedia.az ünvanına göndərə bilərsiniz.
Təcrübə Proqramı
Edumedia MMC bakalavr pilləsi üzrə təhsil alan son iki kurs tələbələrinə və magistr pilləsi üzrə təhsil alan tələbələrə peşəkar şəraitdə iş təcrübəsi əldə etmək imkanı yaradır. Təcrübə Proqramı ildə iki dəfə elan olunur, Yay və Qış təcrübə proqramı. Dərs cədvəlindən asılı olaraq, tələbələr tam və ya yarım gün işləyə bilərlər. İş təcrübəsi ilə yanaşı, tələbələr İT sahəsində biliklərini zənginləşdirmək, müxtəlif təlimlərə qatılmaq, təcrübənin sonunda sertifikat və tövsiyyə məktubu almaq və iş təklifi almaq şansı əldə edəcəklər.
Əlavə sual və məlumat üçün hr@edumedia.az e-mail ünvanına və
+99412 496 90 94 telefon nömrəsinə müraciət edin.
TƏRƏFDAŞLARIMIZIN HAQQIMIZDA SÖYLƏDİKLƏRİ
|
|
|
|
||||
|
|
|
|
||||
|
|